Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı rəqqaslar "Yetenek sizsiniz" verilişində

22.12.2017 [13:59]

Azərbaycanlı gənclərdən ibarət "Həsənov rəqs qrupu" göstərdikləri şou ilə həm zala toplaşan tamaşaçıların, həm də münsiflərin könlünü fəth etməyi bacarıb. Girişi elektro musiqi sədaları altında açan, qafqaz rəqsləri oynayaraq ard-arda 3 musiqi ilə səhnədə şou göstərən azərbaycanlı gənclər növbəti mərhələyə yüksəliblər.