Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Gürcüstanın maliyyə nazirini qəbul edib

22.12.2017 [15:11]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Mamuka Baxtadzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.