Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda 14 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi başa çatır

23.12.2017 [12:04]

Xəbərin mətni
Ağdam rayonunda Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. 29 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Prezidentin 2017-ci il 27 oktyabr tarixli Sərəncamı ilə dövlət büdcəsindən 5,4 milyon manat vəsait ayrılıb.