MƏDƏNİYYƏT


Bakı Media Mərkəzində “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı olub

Dekabrın 22-də Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə və Əməkdar Rəssam Rəşad Mehdiyevin birgə ideyası olan “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində rəssam Rəşad Mehdiyevin tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub.