Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda yenidən Qarabağ xalçaları toxunur

27.12.2017 [12:00]

Xəbərin mətni
Xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdam rayonunda 25 ildən sonra yenidən Qarabağ xalçaları toxunmağa başlayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərxalça” ASC-nin Quzanlı qəsəbəsində inşa edilən filialında tikinti işləri başa çatıb.