CƏMİYYƏT


Arıçılıqda məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması layihəsi yekunlaşır

Bakıda layihənin yekunlaşması ilə bağlı seminar keçirilib. FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunan və FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihənin məqsədi yerli Qafqaz ana arılarının məhsuldarlığının artırılması, eləcə də hər bir arı pətəyindən daha çox bal istehsal etmək üçün arıçıların qabiliyyətinin artırılması yolu ilə Azərbaycan arıçılarının gəlir və həyat şəraitinin təkmilləşdirilməsidir.