Suraxanı rayonunda 2.7 km avtomobil yolu yenidən qurularaq istifadəyə verilib
28.12.2017 [16:18]
Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri də tam olaraq yekunlaşdırılıb. Təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılıb. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir.