DÜNYA


CAR-da dəmiryol qəzası nəticəsində azı 4 nəfər ölüb

Dekabrın 4-də səhər saatlarında Hennenman və Kroonstad yaşayış məntəqələri arasında qatar minik avtomobili və yük maşını ilə toqquşaraq relsdən çıxıb və yanmağa başlayıb. Bir qədər əvvəl məlum olub ki, yük avtomobilinin sürücüsü əyləci vaxtında basmadığından maşın Port-Elizabetdən Yohannesburqa gedən qatarın birinci və ikinci vaqonlarına çırpılıb. Şahidlərin sözlərinə görə, bir neçə vaqon relsdən çıxaraq yanıb. Hadisə yerində xilasedicilər işləyir.