Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bayram günlərində dəmir yolu nəqliyyatı ilə 16 mindən çox sərnişinə xidmət göstərilib

04.01.2018 [17:46]

Bayram günlərində dəmir yolu nəqliyyatı ilə 16 mindən çox sərnişinə xidmət göstərilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi Yeni təqvim ili ərəfəsində və istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb.