CƏMİYYƏT


Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə olublar

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 5-də davam edib. Axtarışlarla əlaqədar yaradılmış Əməliyyat Qərargahından AZƏRTAC-a bildiriblər ki, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri axtarışlara cəlb olunub.