MƏDƏNİYYƏT


Qəbələdə beynəlxalq festival çərçivəsində Nataliya Moqilevskayanın konserti olub

“Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən əvvəl səhnəyə Ukraynanın tanınmış yumor aktyorları çıxıb. Sonra Ukraynanın Xalq Artisti Nataliya Moqilevskayanın möhtəşəm konserti olub. Konsertdə Ukraynanın CİTA turizm şirkəti vasitəsilə Qəbələyə gələn Ukrayna, Belarus və Avropa ölkələrindən olan 1000-ə yaxın turist, eləcə də yerli musiqisevərlər iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır