RƏSMİ


Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Bakir Sadoviç fəxri qarovul dəstəsinin qarşısından keçdi. Bakir Sadoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır