DÜNYA


Nyu-Yorkda “Trump Tower” binasında yanğın zamanı iki nəfər xəsarət alıb

Nyu-York şəhərinin Manhetten rayonunda yerləşən “Trump Tower” binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb. Onlardan biri üzərinə qırıntılar düşməsi nəticəsində yaralanmış yanğınsöndürmə xidmətinin əməkdaşı, digəri tüstüdən zəhərlənmiş mühəndisdir.