CƏMİYYƏT


Binəqədidə daha bir küçə əsaslı şəkildə təmir olunur

Paytaxtın Binəqədi rayonunda Məsud Davudoğlu küçəsinin əsaslı təmiri işlərinə başlanılıb. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 930 metr olan küçənin eni 7-8 metr arası dəyişir. Əsaslı təmir çərçivəsində küçənin eni 11-12 metrə qədər genişləndiriləcək.