Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Zuma” məxfi missiyanı yerinə yetirə bilmədi

09.01.2018 [12:43]

Xəbərin mətni
Yanvarın 8-nə keçən gecə ABŞ hökumətinin sifarişi ilə Kaliforniyanın “SpaceX” kompaniyası tərəfindən fəzaya buraxılan məxfi “Zuma” peyki missiyasını yerinə yetirə bilməyib. Kod adı “Zuma” olan peyk lazımi orbitə çatmayıb.