Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qəbələ Beynəlxalq “Veselo” festivalında Azərbaycan mədəniyyət gecəsi təşkil olunub

09.01.2018 [17:22]

Xəbərin mətni
Qəbələdə XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının əcnəbi iştirakçıları üçün Azərbaycan mədəniyyət gecəsi təşkil olunub. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə Azərbaycan və Ukrayna arasında mədəni və turizm əlaqələrinin əhəmiyyətindən danışılıb. Mədəniyyət gecəsi yerli musiqiçilərin konserti ilə davam edib.