ABŞ-da kəskin şaxtalar timsahları su ilə bərabər dondurub
09.01.2018 [18:26]
ABŞ-ın Şimali Karolina ştatında kəskin şaxtalarda gölməçə və orada yaşayan timsahlar da donub. Bununla bağlı videonu Shallotte River Swamp parkı yayıb. Parkın əməkdaşı bildirib ki, timsahlar hamısı burunlarını sudan çıxararaq belə halda donublar. Amma onlar ölməyiblər. Bu heyvanlar soyuqlar zamanı bədənlərinin hərarətini nizamlaya bilirlər. Onlar yuxu halına düşərək buzun əriməsini gözləyirlər.
Video: Shallotte River Swamp Park
Video: Shallotte River Swamp Park