Tovuzda 3 istiqamət üzrə avtomobil yolları yenidən qurulub
11.01.2018 [13:17]
Xəbərin mətni
Tovuz rayonunda 3 istiqamət üzrə strateji əhəmiyyətə malik Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarının yenidən qurulması işləri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 11 kilometr olan Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolu layihə üzrə 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulub.