Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici turistlər buta naxışı olan kəlağayıları həvəslə alırlar

11.01.2018 [15:56]

Xəbərin mətni
Şəkidə qədim kəlağayı sənətini yaşadan sənətkarlardan biri də Əmiraslan Şamilovdur. Şəkili kəlağayı ustası 10 aydır ki, “ABAD” ailəsinin üzvüdür. “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaqda əsas məqsədi istehsal etdiyi müxtəlif növ kəlağayıların Şəkidən kənarda da tanıdılmasına nail olmaq, daha geniş satış bazarına çıxmaq, eyni zamanda, gəlirlərini artırmaqdır.