Yaponiyada güclü qar bir sıra fəsadlar törədib
12.01.2018 [10:51]
Yaponiyanın Niiqata şəhərindən Naqaokuya gedən qatarın yüzlərlə sakini güclü qar səbəbindən gecəni vaqonlarda keçirməyə məcbur olublar.
Güclü qar nəticəsində Sancyo rayonunda dəmir yolunda qalan qatarda 600-ə yaxın sərnişin olub. Qatar aralarındakı məsafə 600 metr təşkil edən iki stansiya arasında dayanıb.