CƏMİYYƏT


BNA: Qəzaları minimuma endirmək üçün daşıyıcılar qarşısında sərt tələblər qoyulub

Avtobus sürücülərinin səriştəsizliyi səbəbindən qayda pozuntuları baş verdikdə həmin marşrut xətti üzrə daşıyıcı ilə müqaviləyə xitam veriləcək. Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov daşıyıcılarla keçirilən görüşdə deyib. O bildirib ki, Bakı Nəqliyyat Agentliyi 2018-ci ildən daşıyıcılar qarşısında öz tələblərini qəti şəkildə qoyacaq.