DÜNYA


Nottingem vağzalında yanğın qatarların hərəkətini iflic edib

Mərkəzi İngiltərədə yerləşən Nottingem şəhərinin dəmiryol vağzalında güclü yanğın pik vaxtı qatarların hərəkətini iflic edib. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, yanğın səhər saatlarında başlayıb. Hadisə yerinə 10 xüsusi avtomobil və 50-dən çox yanğınsöndürən cəlb olunub. Hazırda alov binanın damının bəzi hissələrinə yayılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır