MƏDƏNİYYƏT


İsveçrənin tanınmış pianoçusu Bakıda konsert proqramı ilə çıxış edəcək

Yanvarın 12-də İsveçrənin Azərbaycandakı səfirliyində tanınmış pianoçu Silvan Zinggin Bakıda təşkil olunacaq “Bugi-vugi” konsertinə həsr olunmuş mətbuat konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder “Bugi-vugi” janrı haqqında məlumat verib. Qeyd edib ki, bu musiqi janrı ötən əsrin 40-cı illərində xüsusi piano musiqisi kimi blüz janrı əsasında yaranıb.