Biləsuvar rayonunda 23 km-lik yol istifadəyə verilib
13.01.2018 [11:47]
Xəbərin mətni
Biləsuvar rayonu ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 22,6 kilometr uzunluğunda olan Birinci–On birinci qəsəbələrarası avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Burada hərəkət hissəsinin eni 6 metr olmaqla ümumi yol yatağının eni 10 metr təşkil edir.