MƏDƏNİYYƏT


Bakıda rus rəssamlarının əsərləri sərgilənib

Yanvarın 13-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda görkəmli rus rəssamları İvan Verişaqinin və İvan Şişkinin xatirəsinə həsr edilmiş rəsm sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan sərgidə ölkəmizdə yaşayan rus fırça ustalarının əsərləri nümayiş olunub. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sərginin əhəmiyyətindən söz açıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır