CƏMİYYƏT


Xaçmazın turizm zonasında yaşayan 2 minə yaxın abonent üçün ilk dəfə qaz xətti çəkilir

Xaçmazın turizm zonasında yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması işləri yekunlaşmaq üzrədir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nabran qəsəbəsi də daxil olmaqla, turizm zonasına aid 19 yaşayış məntəqəsinin qazlaşdırılması işləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən həyata keçirilir.