DÜNYA


Trabzonda təyyarə qəzasının ilkin səbəbi məlum olub

Trabzonda eniş zamanı təyyarə zolaqdan çıxaraq yarğandan aşağı düşüb. Salonunda 100-dən artıq sərnişin olan hava gəmisi dənizə düşmək təhlükəsi ilə üzləşsə də palçığa və daşlara ilişərək dayanıb. Artıq pilotlar və sərnişinlər qəzanın ilkin səbəblərindən danışıblar. Pilotlardan birinin sözlərinə görə, eniş normal olub, zolağın sonunda isə təyyarəni sağa döndərmək istəyərkən qəflətən sağ mühərrik sürətlənib. Elə bu səbəbdən də təyyarə sağa deyil, sola tərəf hərəkət edib və yarğana yuvarlanıb. Artıq mütəxəssislər "qara qutu"nun oxunmasına başlayıblar.