Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yanğınsöndürən 3-cü mərtəbədən düşən uşağı tutdu

16.01.2018 [11:37]

ABŞ-ın Atlanta şəhərində evdə baş verən yanğından sonra xilasedicilər ata və uşağını kran vasitəsilə xilas edirlər. Ata 3-cü mərtəbə hündürlüyündə uşağı aşağı atır və yanğınsöndürən özünü itirmədən onu göydə tutur. Bu hadisədən sonra həmin şəxsi qəhrəman elan ediblər.