Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il Qusarda 80-ə yaxın ailə şəxsi biznesini qurmaq üçün aktivlərlə təmin olunacaq

16.01.2018 [15:00]

Xəbərin mətni
Bu il Qusarda özünüməşğulluq proqramı çərçivəsində 80-ə yaxın ailə dövlət dəstəyindən faydalanacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il rayonda 15 işsiz və işaxtaran şəxs ailə biznesini qurmaq üçün aktivlərlə təmin olunub.