Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarğa canlı yayıma mane oldu - ABŞ-da

16.01.2018 [17:35]

ABŞ-da KTVU televiziyasında hava haqqında məlumat verilərkən şəhər görüntüsünü çəkən kameraya qarğa qonub. Aparıcı Mark Tamayo özünü itirmədən tamaşaçıları izləməyə dəvət edib. Canlı yayım kameralarına düşən qarğanın videosuna 5 gün ərzində 190 mindən çox baxış olub.