SİYASƏT
Azərbaycan ilə UNESCO arasında səmərəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
17.01.2018 [12:40]
Xəbərin mətni
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov UNESCO-nun baş direktoru xanım Odre Azule ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın mənzil-qərargahında keçirilən görüşdə E.Məmmədyarov UNESCO-nun baş direktorunu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.