CƏMİYYƏT


“Yalama Aqropark”da saxlanılan heyvanların sayı 2 min 220 başa çatdırılıb

Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark”da Avstriya və Almaniyadan gətirilmiş cins inəklərdən üçüncü laktasiya üzrə balalar alınır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatda saxlanılan heyvanların sayı 2 min 220 başa çatdırılıb. Ötən il “Yalama Aqropark”da 770-ə yaxın buzov doğulub. 2018-ci ilin ilk 15 günündə isə cins heyvanlardan 80 bala alınıb.