CƏMİYYƏT


Yalama Gömrük postundan Rusiyaya göndərilən meyvə-tərəvəz məhsullarının həcmi 20 faiz artıb

Ötən il Xaçmaz Gömrük İdarəsinin Yalama Gömrük postundan Rusiya Federasiyasına 4 min 468 vaqon olmaqla, 201 min ton meyvə-tərəvəz ixrac edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə Yalama Gömrük postundan kənd təsərrüfatı məhsullarının ixrac həcmi 20 faiz artıb. 2016-cı ildə Rusiyaya 3 min 977 vaqon olmaqla, 158 min ton meyvə-tərəvəz məhsulu göndərilmişdi.