20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub
18.01.2018 [12:55]
Xəbərin mətni
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərinin nüfuzlu Tomas Cefferson Hüquq Məktəbində Qara Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirilib.
Tədbiri açan San-Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq Qanlı Yanvar faciəsi haqqında ətraflı danışaraq, bu hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib...