DÜNYA


Qazaxıstanda avtobus faciəsinin təfərrüatları məlum olub

Qazaxıstanın Aktobe vilayətində yanan avtobusun yan qapısının bağlı olması insanların təxliyə edilməsinə maneə törədib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu vilayət daxili işlər departamenti mətbuat xidmətinin nümayəndəsi Vitali Sinev jurnalistlərə bildirib. Onun sözlərinə görə, hadisə baş verən zaman Qazaxıstan vətəndaşları olan iki sürücü avtobusu saxlayaraq oradan çıxıb. Sərnişinlər isə çıxışa doğru qaçsalar da, yan qapı açılmayıb.