Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kabildə otelə hücum nəticəsində yeddi Ukrayna vətəndaşı ölüb

22.01.2018 [12:49]

Xəbərin mətni
Yanvarın 20-də “Taliban” hərəkatının silahlıları Kabildəki “Intercontinental Hotel” mehmanxanasına hücum edib. Nəticədə 43 nəfər, o cümlədən Əfqanıstanın Pakistanın Kəraçı şəhərindəki baş konsulu həlak olub, çox sayda insan isə yaralanıb. Əfqanıstan DİN 14 əcnəbi daxil olmaqla, 18 nəfərin öldüyünü təsdiqləyib.