Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalanın Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolu təmir olunur

22.01.2018 [14:14]

Xəbərin mətni
Zaqatala rayonu ərazisindəki Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi işlərinə başlanılıb. Uzunluğu 37,5 kilometr olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.