RƏSMİ


Prezident İlham Əliyev “Mastercard” şirkətinin idarə heyətinin üzvü ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tim Mörfi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində elektron ticarətin və elektron ödənişlərin inkişafı ilə bağlı tədbirlərdə “Mastercard” şirkətinin də iştirak etdiyini və müxtəlif layihələr reallaşdırdığını məmnunluqla bildirdi.