DÜNYA


Mayon vulkanı 700 metr hündürlükdə lava püskürüb

Yanvarın 23-də Filippində bu yaxınlarda oyanan Mayon vulkanında püskürmə baş verib. Lava kraterdən 700 metr, vulkan külü isə 3 kilometr hündürə qalxıb. Albay və Kamarines-Sur əyalətlərinin şəhərlərində kül yağışı müşahidə edilib və görmə məsafəsi demək olar sıfıra enib.