RƏSMİ


Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib

Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclas keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib və sualları cavablandırıb.