DÜNYA


“Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 260-dan çox terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 260 terrorçu məhv edilib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada bildirilib. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yanvarın 23-də terrorçularla döyüş zamanı bir hərbçi həlak olub, daha biri isə yaralanıb. Bununla da yanvarın 20-dən başlayan əməliyyatda həlak olan türk hərbçilərinin sayı 3-ə çatıb. Açıqlamada hərbi əməliyyatın planlı şəkildə davam etdirildiyi vurğulanıb.