MƏDƏNİYYƏT


Qədim Bərdə türbəsində təmir-bərpa işləri başa çatıb

Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılıb. Bərpaçılar tarixi abidəni ilkin görkəminə qaytarmaq üçün qiymətli tikinti materiallarından istifadə ediblər. Hazırda abidənin ətrafında tikinti-abadlıq işləri aparılır. Bu işlərin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.