RƏSMİ


Prezident İlham Əliyevin Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Neft Fondu ilə “Carlyle Group” arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirildi, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı.