Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lökbatan-Güzdək avtomobil yolu yenidən qurulur

24.01.2018 [16:17]

Xəbərin mətni
Bu ilin ilk qəsəbələrarası avtomobil yolu layihəsi olan Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib. Məlumata əsasən, yolun uzunluğu 9,1 kilometr təşkil edir. Lökbatan-Güzdək avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək.