RƏSMİ


Prezident İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Statoil” şirkətinin 25 ildir ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olundu. “Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri müzakirə edildi.