Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu yenidən qurulur
25.01.2018 [12:57]
Xəbərin mətni
Saatlı rayonunun Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması işlərinə başlanılıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 5 kilometr uzunluğunda olan Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu ümumi eni 10 metr olmaqla 4-cü texniki dərəcəyə uyğun əsaslı şəkildə yenidən inşa olunur.