RƏSMİ


Prezident İlham Əliyev Çilinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Xose Manuel Silva fəxri qarovul dəstəsinin qarşısından keçdi. Xose Manuel Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.