Vəkillər Kollegiyasına üzvlüklə bağlı imtahanın nəticələri açıqlanıb
29.01.2018 [10:30]
Xəbərin mətni
Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
AZƏRTAC DİM-ə istinadla xəbər verir ki, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb. İmtahanın nəticələri saat 18:05-dən etibarən Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının internet saytında elan edilib.