DÜNYA


Kabildə hərbi akademiyaya hücum zamanı həlak olanların sayı 11 nəfərə çatıb

Kabildə hərbi akademiyaya hücum nəticəsində həlak olanların və zərər çəkənlərin sayı artıb. AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, ölənlərin sayı 11 nəfərə çatıb, daha 16 nəfər yaralanıb. Yanvarın 29-da səhər bir qrup silahlı şəxs Kabildə yerləşən Marşal Fəhim adına hərbi akademiyaya hücum edib. Təhlükəsizlik qüvvələri təhsil müəssisəsinə gedən yolu bağlayıb. Akademiyanın ərazisində atəş və partlayış səsləri eşidilib. Hücumda 5 silahlı iştirak edib. Onların 4-ü öldürülüb, biri isə sağ olaraq ələ keçirilib.