Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kaliforniyada helikopter qəzası: 3 ölü

31.01.2018 [12:54]

Xəbərin mətni
ABŞ-ın cənubunda yerləşən Kaliforniya ştatında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər yaralanıb. Nyuport-Biç şəhər polis idarəsinin məlumatına əsasən, qəza zamanı helikopterin göyərtəsində 4 nəfər olub. Bir nəfər isə yerdə xəsarət alıb. Onun sağ qalıb-qalmadığı barədə məlumat verilmir.